Türkiyədə məktəb avtobusu ilə polis maşını toqquşdu
Dünya
Türkiyənin Sivas şəhərində məktəblilərin olduğu avtobusula polis avtomobili toqquşub.
News24.az xəbər verir ki, qəza nəticəsində 13 şagird və 3 polis əməkdaşı olmaqla, ümumilikdə 16 nəfər yaralanıb.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub.
Yaralılar ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara çatdırılıb.