Bu ölkədə qadın qatillərinə ömürlük həbs veriləcək

Bu ölkədə qadın qatillərinə ömürlük həbs veriləcək Dünya

İtaliyada qadınlara qarşı zorakılığın qarşısını almaq məqsədilə mühüm hüquqi addım atılıb.

News24.az xəbər verir ki, deputatlar Palatası Qadınlara Qarşı Zorakılığın Beynəlxalq Mübarizə Günü çərçivəsində qadın qətlinin ayrıca cinayət kimi tanınmasını və bu cinayəti törədən şəxslərə ömürlük həbs cəzası verilməsini nəzərdə tutan qanunu yekdilliklə qəbul edib.

Yeni “577-bis” adlanan düzəliş diskriminasiya, nifrət və ya zorakılıq motivi ilə qadının ölümünə səbəb olan halları ayrıca kateqoriyaya ayırır və ən ağır cəza tədbirinin tətbiqini təmin edir.

Qanun layihəsi son səsvermədə iqtidar və müxalifətin 237 deputatı tərəfindən “hə” deyilərək təsdiqlənib.