Bu ölkədə qriplər kəskin artdı: Tibbi maskalar yenidən gündəmə gəldi

Bu ölkədə qriplər kəskin artdı: Tibbi maskalar yenidən gündəmə gəldi Dünya

İspaniyada respirator xəstəliklərin artması fonunda hökumət yeni qrip pandemiyası protokolunu təsdiqləyib.

News24.az xəbər verir ki, sənəd səhiyyə nazirliyi və ölkənin 17 muxtar bölgəsinin səhiyyə idarələri tərəfindən razılaşdırılıb və evdən işləmə, maskalardan istifadə, peyvəndlənmə və qapalı məkanların havalandırılması kimi tədbirləri əhatə edir.

Səhiyyə naziri Monika Qarsiya sosial media hesabında bildirib ki, “Kəskin Respirator İnfeksiyalara Nəzarət üzrə Tövsiyələr Protokolu” qrip, COVID19 və digər tənəffüs yolu infeksiyalarına qarşı koordinasiyalı mübarizəni təmin etmək məqsədi daşıyır. Hazırda tədbirlər yalnız tövsiyə xarakteri daşıyır, lakin protokola əsasən risk səviyyəsinə uyğun olaraq mərhələli şəkildə sərtləşdirilə bilər.