Bu ölkədə şok: Hərbçilər hakimiyyəti ələ keçirdi

Bu ölkədə şok: Hərbçilər hakimiyyəti ələ keçirdi Dünya

Benin hərbçiləri ölkədə hakimiyyəti ələ keçirdiklərini bəyan ediblər.

News24.az  xəbər verir ki, bu barədə "La Nouvell Tribune" portalı Benin Dövlət Yayım Korporasiyası olan SRTB-nin efirində səsləndirilən bəyanata istinadən yazıb.

Bəyanata görə, hərbçilər dövlət qurumlarının buraxıldığını və Patris Talonun prezident vəzifəsindən uzaqlaşdırıldığını elan ediblər.

Qeyd olunur ki, keçid dövründə ölkəyə nəzarət polkovnik-leytenant Tiqri Paskalın rəhbərlik etdiyi Hərbi Bərpa Komitəsinə veriləcək.