Bu ölkələrdə onlarla insan təbii fəlakətin qurbanı oldu
Dünya
İndoneziyanın Şimali Sumatra əyalətində leysan yağışının səbəb olduğu daşqın və torpaq sürüşməsi nəticəsində azı 28 nəfər həyatını itirib, 10 nəfər itkin düşüb.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Güclü axın bölgədə çox sayda yaşayış binasını dağıdıb, infrastruktura ciddi ziyan vurub.
8 minə yaxın sakin təhlükəli bölgələrdən təxliyə edilib. Yolların su altında qalması xilasedicilərin işini çətinləşdirir. Daşqın baş verən ərazilərə humanitar yardım helikopterlərlə çatdırılır.
Qeyd edək ki, daşqın Tailand və Malayziyada da tələfatsız ötüşməyib. 30-dan çox insan həlak olub, bəzi xəstəxanalar su altında qalıb.