Bu ölkənin əsas bayrağı endirildi - SƏBƏB

Bu ölkənin əsas bayrağı endirildi - SƏBƏB Dünya

Kiyevdə Peçersk təpələrində yerləşən Ukraynanın əsas bayrağı endirilib.

News24.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Ukraynanın əsas bayrağı əlverişsiz hava şəraiti səbəbindən müvəqqəti olaraq endirilib.

6 apreldə Kiyevdə saniyədə 15–20 metr sürətində güclü külək gözlənilir. Administrasiya güclü küləyin bayrağa zərər verməməsi üçün onun endirilməsi barədə qərar verib. /RBC Ukrayna