Bu ölkənin rəhbərliyi Rusiyaya olan borcu ödəməkdən - İMTİNA ETDİ

Bu ölkənin rəhbərliyi Rusiyaya olan borcu ödəməkdən - İMTİNA ETDİ Dünya

Moldova hakimiyyəti “Qazprom”a qaz təchizatı borcunu və ödənişlərin gecikməsinə görə qoyulmuş cərimələri bağışlamağı təklif edib.

News24.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Kişinyov audit qiymətləndirməsinin nəticələri ilə birlikdə müvafiq barışıq sazişini “Moldovaqaz”a göndərib.

Kişinyov “Qazprom”un nəzarətində olan Faktorinq Maliyyə şirkətinə olan 275 milyon dollar borcunun və “Qazprom”a olan 433 milyon dollar borcunun dərhal silinməsini tələb edir.

Əvəzində ölkə hakimiyyəti tarifdən yayınmalara görə 153,57 milyon dollar məbləğində kompensasiya ödəməyə və 2022-ci ilin oktyabrından (təxminən 160 milyon dollar) tədarükün olmaması ilə bağlı iddiadan imtina etməyə hazırdır.

Norveçin “Wikborg Rein Advokatfirma AS” və Britaniya Məhkəmə Risk Alyansı tərəfindən aparılan auditin nəticələrinə görə, Moldova “Qazprom”a olan 709 milyon dollar borcunun yalnız 8,6-sını tanıyıb.

Ölkənin baş naziri Dorin Reçanın məlumatına görə, borclar əsassızdır və Kişinyov onları ödəmək niyyətində deyil.

Akqabay