Bu şəhərdə Ukrayna bayrağı qaldırıldı
Dünya
Ukraynanın Xarkov vilayətində yerləşən Kupyansk şəhərində meriya binasının damında Ukrayna dövlət bayrağı quraşdırılıb.
News24.az xəbər verir ki, bu barədə Ukrayna Milli Qvardiyasının “Xartiya” adlı 2-ci korpusunun komandanlığının mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, bayraq 13-cü briqadanın 4-cü batalyonuna aid kəşfiyyat-zərbə qrupunun döyüşçüləri tərəfindən qaldırılıb.
Məlumata görə, hazırda Ukrayna Milli Qvardiyasının və Silahlı Qüvvələrin bölmələri şəhərdə əməliyyatları davam etdirir. Təhlükəsizlik qüvvələri Kupyanskın işğalçılardan tam təmizlənməsi istiqamətində aktiv təmizləmə tədbirləri həyata keçirir.
Qeyd edək ki, Kupyansk Rusiya-Ukrayna müharibəsində strateji əhəmiyyət daşıyan yaşayış məntəqələrindən biri hesab olunur və şəhər üzərində Ukrayna bayrağının qaldırılması nəzarətin bərpası istiqamətində mühüm simvolik addım kimi qiymətləndirilir.