Bu şəxslər sosial mediadan istifadə edə bilməyəcəklər - Tarix açıqlandı

Bu şəxslər sosial mediadan istifadə edə bilməyəcəklər - Tarix açıqlandı Dünya

Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya girişinə qoyulan qadağanı genişləndirib.

News24.az xəbər verir ki, yeni qaydalar dekabrın 10-dan qüvvəyə minəcək.

Qanuna əsasən, artıq "Facebook", "Instagram", "X" ("Twitter"), "TikTok", "YouTube", "Snapchat" və "Threads" ilə yanaşı, "Reddit" və "Kick" platformaları da qadağaya daxil edilib. Beləliklə, sosial media qadağası ümumilikdə 9 platformanı əhatə edəcək.

Avstraliyanın rabitə naziri Anika Uells bildirib ki, sosial media şirkətləri uşaqlar üzərində “narahatedici dərəcədə təsir gücünə” malikdir və bu addım qaçılmaz olub.

Yeni qaydalara əməl etməyən texnologiya şirkətləri təxminən 32,5 milyon ABŞ dolları cərimələnəcəklər.