Bu xəbəri yaxın zamanda verəcəyəm – Zelenski

Bu xəbəri yaxın zamanda verəcəyəm – Zelenski Dünya

Ukraynada yaxın zamanda Prezident Ofisinin yeni rəhbəri təyin olunacaq.

News24.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski açıqlama yayıb.

O qeyd edib ki, bununla bağlı bu gün bir neçə daha məsləhətləşmələr keçirilib və nəticə yaxın zamanda elan ediləcək.

Xatırladaq ki, noyabrın 28-də Andrey Yermak Zelenskinin ofisinin rəhbəri vəzifəsindən istefa verib.