“Bundan sonra Ermənistanın əsl xəritəsi...”

“Bundan sonra Ermənistanın əsl xəritəsi...” Dünya

Ermənistan parlamentinin spikeri Alen Simonyan sosial mediada ölkəsinin xəritəsi ilə bağlı paylaşım edib.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, spiker Baş naziri Nikol Paşinyanın mətbuat konfransında təqdim etdiyi xəritənin parlamentin divarından asılmış fotosunu yayımlayıb.

Simonyan fotonun üzərində qeyd edib: “Bundan sonra Ermənistanın əsl xəritəsi parlamentin iclas zalında olacaq”.