"Bunun cavabını verəcək" – Tramp bu hadisəyə qəzəbləndi
Dünya
ABŞ Prezidenti Donald Tramp Milli Qvardiyanın iki üzvünün güllələnməsi ilə bağlı sosial şəbəkədə sərt açıqlama yayıb.
News24.az xəbər verir ki, Tramp paylaşımında hadisəni törədən şəxsi ağır ifadələrlə tənqid edib və onun ciddi şəkildə cəzalandırılacağını bildirib. Prezident, həmçinin, qeyd edib ki, yaralanan iki qvardiyaçı hazırda müxtəlif xəstəxanalarda ağır vəziyyətdədir.
“Hadisəni törədən şəxs də yaralanıb, lakin buna baxmayaraq, törətdiyi cinayətə görə cavab verəcək”, – deyə Tramp vurğulayıb.