"Call of Duty"nin yaradıcısı dəhşətli qəzada öldü
Dünya
“Call of Duty” və “Battlefield” oyunlarının yaradıcısı Vins Zampella vəfat edib.
News24.az xəbər verir ki, 55 yaşlı oyun tərtibatçısı Los-Ancelesin şimalında, San-Qabriel dağlarında baş verən yol qəzasında həyatını itirib. Məlumata görə, Vins Zampellanın idarə etdiyi avtomobil yoldan çıxaraq beton maneəyə çırpılıb və alovlanıb.
Zampella avtomobilin içərisində bloklanmış vəziyyətdə qalıb və hadisə yerində ölüb. Avtomobildə olan sərnişin isə ön şüşədən çölə atılıb, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, reanimasiya şöbəsində dünyasını dəyişib.
Qeyd edək ki, Vins Zampella “Battlefield 6”, “Call of Duty”, “Call of Duty 2”, “Call of Duty 4: Modern Warfare”, “Call of Duty: Modern Warfare 2” kimi məşhur oyunların, eləcə də “Titanfall” və “Apex Legends” layihələrinin yaradıcısı olub.