Castin Biber bu çıxışına görə tənqid edildi
Dünya
Müğənni Castin Biber ABŞ-də keçirilən 2026-cı il Dünya Kubokunun finalında nümayiş etdirdiyi çıxışa görə sosial şəbəkələrdə tənqid olunub.
News24.az xəbər verir ki, Biber final oyununun fasiləsində səhnəyə çıxaraq "Swag II" albomundakı "Everything Hallelujah" mahnısını akustik versiyada ifa edib. Lakin bəzi azarkeşlər çıxışın oyunun atmosferinə uyğun olmadığını bildirərək sənətçini tənqid ediblər.
Sosial şəbəkə istifadəçilərindən biri "Atmosferi tamamilə korladınız" sözləri ilə narazılığını ifadə edib.