"Cəbhədə rotasiya mümkün deyil" – Zelenski çağırış etdi
Dünya
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, mobilizasiya yaşında olan fiziki cəhətdən sağlam kişilərin xaricdən ölkəyə qayıtması ordunun, cəmiyyətin və ümumilikdə dövlətin işini xeyli asanlaşdırar.
News24.az xəbər verir ki, o, “Český rozhlas Plus” radiosuna müsahibəsində vurğulayıb ki, şəxsi heyət çatışmazlığı səbəbindən bir çox bölmələrdə rotasiya mümkün olmur.
Prezident qeyd edib ki, əsgərlərin məzuniyyətə çıxması, ailələrini görməsi və fiziki-psixoloji baxımdan bərpa olunması ədalətli olardı.
Onun sözlərinə görə, mobilizasiya yaşında olan kişilərin ölkəyə qayıtması cəbhədəki yükü azaltmağa və rotasiyanın təmin olunmasına imkan verə bilər.