Cənubi Koreya və ABŞ bu tarixdə təlimlərə başlayacaq

Cənubi Koreya və ABŞ bu tarixdə təlimlərə başlayacaq Dünya

Koreya Respublikası və ABŞ hərbçiləri martın 4-dən 14-dək “Azadlıq Qalxanı” təlimi keçirəcək.

News24.az xəbər verir ki, bu barədə Koreya Respublikasındakı Amerika hərbi kontingenti məlumat yayıb.

Təlim quruda, dənizdə, havada və kiberməkanda hərəkətləri, həmçinin düşmən nüvə qüvvələrinə cavab vermək üçün kosmik aktivlərdən istifadəni əhatə edəcək. Təlimlərdə BMT Komandanlığına üzv olan 10 ölkənin nümayəndələri də iştirak edir. Freedom Shield kompüter simulyasiyalarından istifadə edərək sahə və virtual məşqləri əhatə edir.

Mehriban Mirzəzadə