Cənubi Koreyada COVID-19-a yoluxanların sayı - KƏSKİN ARTDI

Cənubi Koreyada COVID-19-a yoluxanların sayı - KƏSKİN ARTDI Dünya

Koreya Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Agentliyi (KDCA) ölkədə COVID-19 hadisələri ilə bağlı məlumatları dərc edib.

News24.az xəbər verir ki, məlumata görə, COVID-19-a görə xəstəxanalara müraciət edənlərin sayı 4 həftədə 6 dəfə artaraq 861-ə çatıb.

Hadisələr fevral ayından bəri qeydə alınan ən yüksək səviyyədə olub.

Onların sayının artmasına baxmayaraq, xəstələrin 90 faizindən çoxunun xəstəlikdən yüngül simptomlarla sağ qaldığı açıqlanıb.

Qeyd edək ki, səlahiyyətlilər, 65 yaşdan yuxarı insanlar üçün COVID-19-a qarşı peyvənd prosesinin oktyabr ayında davam edəcəyini açıqlayıb.

Məryəm İlhamqızı