Çernobılda nə baş verir? - Dəhşətli fakt
Dünya
Çernobıl zonasında yaşayan itlərin rəngi maviyə çevrilməyə başlayıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 2017-ci ildən bəri çernobıl itlərinin xilas edilməsi ilə məşğul olan xeyriyyə təşkilatı məlumat yayıb.
Təşkilat tamamilə mavi tüklərə malik üç itin görüntülərini əks etdirən video paylaşıb. Bildirilib ki, heyvanların rəng dəyişikliyinin səbəbi hələlik müəyyən edilməyib.
Mütəxəssislər ehtimal edirlər ki, itlərin rənginin dəyişməsi ərazidəki kimyəvi maddələrlə təmas nəticəsində baş verib. Məlumata görə, bu dəyişiklik yaxın zamanda müşahidə olunub. Təxminən üç həftə əvvəl itlərin tükləri normal rəngdə olub.
Heyvan haqları müdafiəçiləri bildiriblər ki, itlərdə xəstəlik əlamətləri yoxdur, onlar fəal və sağlam görünürlər.
Hazırda həmin itlərin elmi tədqiqat məqsədilə tutulması mümkün olmayıb.