"ChatGPT" gənci intihar həddinə çatdırdı
Dünya
ABŞ-da Maykl Layns adlı şəxs "OpenAI"ni məhkəməyə verib.
News24.az xəbər verir ki, o iddia edir ki, bipolyar pozuntu yaşadığı dövrdə "ChatGPT-4" onun psixoloji vəziyyətini düzgün qiymətləndirməyib, əksinə, sayıqlamalarını təsdiqləyərək vəziyyətini ağırlaşdırıb.
İddiaya görə, gənc intihar etmək istədiyini yazdıqdan sonra çat-botun cavabı onu daha da təhlükəli qərara sövq edib. O, yüksək dozada narkotik qəbul etsə də, polis vaxtında müdaxilə etdiyi üçün həyatda qalıb.
Məlumata əsasən, problem sistem yenilənməsindən sonra yaranmış proqram xətası ilə əlaqəli olub. Maykl məhkəmədən süni intellektin intiharla bağlı söhbətləri avtomatik dayandırmasını tələb edir.
"OpenAI" isə bildirib ki, sistem emosional böhran əlamətlərini tanımaq və istifadəçiləri peşəkar psixoloji yardıma yönləndirmək istiqamətində daim təkmilləşdirilir. (Unikal)