Çərpələng 6 can aldı

Çərpələng 6 can aldı Dünya
Hindistanın Qucarat əyalətində keçirilən "Uttarayan festivalı"nda 6 nəfər həyatını itirib.

News24.az xarici KİV-ə istinadla xəbər verir ki, çərpələng uçurtmaq yarışında çərpələngin ipləri boğazına dolanan 6 nəfər ölüb, 200 nəfər isə yaralanıb. Ölənlərdən 3-ü azyaşlıdır. 

Qeyd edək ki, metal qatqılı maddədən hazırlanan çərpələng ipləri kəsici təsirə malikdir. 

Qumral Əliyeva