Çexiya səfiri Rusiyanı tərk etdi - SƏBƏB

Çexiya səfiri Rusiyanı tərk etdi - SƏBƏB Dünya

Rusiya Xarici İşlər Nazirliyinin Üçüncü Avropa Departamentinin direktoru Oleq Tyapkin Çexiyanın Moskvadakı səfirliyinin əməkdaşının təcili olaraq ölkəni tərk etdiyini bildirib. 

News24.az xəbər verir ki, diplomatik missiya əməkdaşının cinayət təqibinin başlanması narkotik qaçaqmalçılığı ilə bağlıdır.

“Bizdə olan məlumata görə, Rusiyada güclü təsiredici maddələrin qaçaqmalçılığı ilə bağlı cinayət işi açılan Çexiya səfirliyinin əməkdaşı artıq ölkəmizin ərazisini tərk edib”, - nazirlikdən deyilib.

Qeyd edək ki, söhbət Çexiyanın Rusiya Federasiyasındakı müvəqqəti işlər vəkili Yan Ondreykadan gedir. İyulun sonunda o, Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və qanunsuz maddələrin qaçaqmalçılığı cəhdi ilə bağlı etiraz edilib.

Məryəm İlhamqızı