Çili səmasında naməlum obyektlər peyda oldu

Çili səmasında naməlum obyektlər peyda oldu Dünya

Çilidə hava məkanına naməlum obyektlərin peyda olduğu iddia edilərək, ölkənin ən cənub bölgəsindəki Punta Arenas hava bazasından bölgəyə döyüş təyyarələri göndərilib.

 News24.az AZXEBER.COM-a istinadən xəbər verir ki, bu barədə Çili Hava Qüvvələri açıqlama verib.

"Dünən (çərşənbə axşamı) axşam saat 19:00 radələrində Magellan boğazının şərq hissəsində naməlum hava hərəkəti xəbərdarlığı verildi. Buna cavab olaraq Hərbi Hava Qüvvələrimiz hərəkətə keçdi. Suverenliyimizi qorumaq üçün F-5 təyyarələrini işə saldıq. Hazırda araşdırma aparılır. Onu da qeyd edirik ki, lazım olanda sərhədimizi və suverenliyimizi qorumaq üçün Hərbi Hava Qüvvələri protokolları işə salınır. 

Əldə edilən məlumata görə, bölgəyə 2 ədəd F-5 təyyarəsi göndərilsə də, heç bir təyyarə və qurğu tapılmadan araşdırma yekunlaşıb".