Çində qatarlarda fantastik sürət

Çində qatarlarda fantastik sürət Dünya

Çin saatda 450 kilometr sürətə çata bilən “CR450” sürətli qatarını nümayiş etdirib.

News24.az yerli mətbuata istinadən xəbər verir ki, Çin yerli istehsal olan "Fuching" seriyalı sürətli qatarların saatda 450 kilometrə qədər sürətə çata bilən "CR450" modelinin prototipini təqdim edib.

Sinxua agentliyinin məlumatına görə, Çin Dövlət Dəmir Yolları Qrupu “CR450BF” adlı prototipi Pekində sərgiləyib.

Maksimal sürətinin saatda 450 kilometr, kommersiya səyahət sürətinin isə saatda 400 kilometr olması gözlənilən CR450 prototipinin texniki sınaqlarının başa çatdırılması və qatarın 2025-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.

Ağa Dadaşzadə