Çinin peyki ORBİTƏ - ÇATMADI
Dünya
Çində özəl şirkət tərəfindən CERES-1 daşıyıcı raketi ilə hazırlanmış peykin buraxılışı ilk dəfə uğursuz olub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, Qobi səhrasından buraxılan raket daşıdığı peyki planlaşdırılan orbital mövqeyə daşıya bilməyib.
Raketin uçuş performansında xətalar aşkar edilib və xətanın səbəbi araşdırılır.
Qeyd edək ki, bu, CERES-1 raketi ilə 9 uğurlu buraxılışdan sonra ilk uğursuz buraxılışdır.