Çikaqoda naməlum şəxslər kütləyə atəş açdılar: 13 yaralı var

Çikaqoda naməlum şəxslər kütləyə atəş açdılar: 13 yaralı var Dünya

ABŞ-nin Çikaqo şəhərinin cənubunda naməlum şəxslərin izdihama atəş açması nəticəsində azı 13 nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə ABC7 telekanalı polisə istinadən məlumat yayıb.

Məlumata görə, hadisə iyunun 19-da yerli vaxtla saat 23 radələrində şəhərin Prinseton-Park rayonunda baş verib. Qırmızı rəngli yolsuzluq avtomobili ilə hərəkət edən iki naməlum şəxs böyük bir insan qrupuna atəş açıb.

Nəticədə 17 yaşlı gənc də daxil olmaqla azı 13 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılardan biri - 26 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisəni törədən şəxslər atəş açdıqdan sonra ərazidən qaçıblar. Faktla bağlı araşdırma aparılır. (Oxu.az)