Çilidə meşə yanğınları: ölü sayı artdı
Dünya
Çilidə davam edən meşə yanğınlarını nəzarət altına almaq mümkün olmayıb.
News24.az xəbər verir ki, Prezident Qabriel Boriç ölkədə “fəlakət rejimi” elan edib.
Hadisə nəticəsində 18 nəfərin həlak olduğu bildirilir. Azı 250 ev tamamilə yanaraq məhv olub. Təxminən 50 min nəfər təcili şəkildə təxliyə edilib.
Xilasedicilərin bildirdiyinə görə, yanmış insan cəsədləri tarlalarda, küçələrdə və avtomobillərin içərisində aşkar edilir.
Meşə yanğınları Çili üçün artıq hər yay təkrarlanan faciəyə çevrilib. Ötən il baş verən yanğınlar nəticəsində 100-dən çox insan ölüb, təxminən 15 min ev dağılıb.