Çin insanları izləyən proqram yaratdı: Borclu insanları dərhal tanıyacaqsınız

Çin insanları izləyən proqram yaratdı: Borclu insanları dərhal tanıyacaqsınız Dünya

Çin yeni və qeyri-adi proqram təqdim edib.

News24.az xəbər verir ki, bu proqram istifadəçilərə ətrafındakı borclu və “pis” insanları dərhal görməyə imkan verir.

Sosial kredit sistemi ilə inteqrasiya olunmuş rəqəmsal pul kisəsi proqramı 500 metr radiusda aşağı sosial kredit ballı və ya qara siyahıya düşən şəxsləri aşkarlayır və istifadəçiyə “uzaq dur” bildirişi göndərir.

Ekspertlər proqramı ciddi məxfilik pozuntusu adlandırır, tənqidçilər isə borc və cinayət qeydlərinin real vaxtda yayımlanmasının təhlükəli olduğunu bildirirlər. Çin rəsmiləri isə proqramın məqsədinin ictimai etimadı artırmaq olduğunu qeyd edirlər.