Çin Tayvan üzərində hərbi fəallığını artırdı

Çin Tayvan üzərində hərbi fəallığını artırdı Dünya

ABŞ, İsrail və İran arasında gərginliyin davam etdiyi bir vaxtda Çin Tayvan ətrafında hərbi fəaliyyətini gücləndirib.

News24.az xəbər verir ki, Tayvanın Müdafiə Nazirliyinin məlumatına görə, Çin Xalq Azadlıq Ordusuna məxsus 26 qırıcı təyyarə və 7 hərbi gəmi ada ətrafında müşahidə olunub. Onlardan 16 təyyarə Tayvanın Hava Hücumundan Müdafiə İdentifikasiya Zonasına (ADIZ) daxil olub.

Tayvan ordusu Çin qüvvələrinin hərəkətlərini izləmək üçün hava və dəniz qüvvələrini səfərbər edib.

Ekspertlər hesab edirlər ki, Pekinin bu addımı həm Tayvana, həm də ABŞ-yə yönəlmiş mesaj xarakteri daşıyır. Çin həm Tayvan üzərində hərbi təzyiqi artırır, həm də Vaşinqtonun bölgədəki mövqeyinə reaksiya verməyə çalışır.

Müşahidəçilər bildirirlər ki, Tayvan boğazında artan hərbi fəallıq regiondakı gərginliyi daha da yüksəldə bilər.