Çin vətəndaşlarını İrandan çıxmağa çağırdı
Dünya
Çin hökuməti artan təhlükəsizlik riskləri fonunda vətəndaşlarını İranı tərk etməyə çağırıb.
News24.az xəbər verir ki, xəbərdarlıqda bölgədə mümkün ABŞ hərbi hücumu təhlükəsinə də diqqət çəkilib.
Çinin İrandakı səfirliyi və konsulluqları tərəfindən yayılan açıqlamada bildirilib ki, son dövrlər ölkədə xarici təhlükəsizlik riskləri xeyli artıb və bir sıra dövlətlər öz vətəndaşlarına İranı tərk etməklə bağlı tövsiyələr veriblər.
Rəsmi xəbərdarlıqda Çin vətəndaşlarına İrana səyahət etməmək, hazırda ölkədə olanlara isə təhlükəsizlik tədbirlərini gücləndirmək və mümkün qədər tez ölkəni tərk etmək tövsiyə olunub.