Çin xəbərdarlıq etdi: Təcili ölkədən çıxın!

Çin xəbərdarlıq etdi: Təcili ölkədən çıxın! Dünya

Çin hökuməti İrandakı vətəndaşlarına xəbərdarlıq edərək həmin ölkəni təcili tərk etməyə və təhlükəsiz ərazilərə köçməyə çağırıb.

News24.az-ın xəbərinə görə, rəsmi açıqlamada regionda vəziyyətin olduqca həssas, təhlükəsizlik şəraitinin isə mürəkkəb və sürətlə dəyişən xarakter daşıdığı bildirilib.

Çinin İrandakı səfirliyi və konsulluqları tərəfindən yayılan məlumatda qeyd olunub ki, İran hava məkanının bəzi hissələri uçuşlar üçün yenidən açılsa da, bu, ümumi risklərin azaldığı anlamına gəlmir. Əksinə, mövcud vəziyyət hələ də qeyri-sabit olaraq qalır və təhlükələr davam edir.

Xəbərdarlıqda vətəndaşlara xüsusilə diqqətli olmaları tövsiyə edilib. Onlara dövlət və hərbi obyektlərdən uzaq durmaq, kütləvi toplaşmalardan çəkinmək və mümkün qədər tez ölkəni tərk edərək daha təhlükəsiz bölgələrə keçmək çağırışı olunub.