Çin xəbərdarlıq yaydı: XİN çağırış etdi
Dünya
Pekin ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Çin dilində yayımladığı işə qəbul videosundan sonra bütün lazımi tədbirləri görəcəyini açıqlayıb.
News24.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bildirilib ki, Çin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaq üçün qətiyyətli addımlar atacaq və xarici casusluq fəaliyyətlərinə qarşı mübarizəni gücləndirəcək.
Qeyd edək ki, MKİ-nin "YouTube" kanalında yayımlanan Çin dilində video əsasən Çin hərbi personalını və narazı zabitləri hədəf alır. Videoda uydurma bir zabit obrazı vasitəsilə Çin rəhbərliyi və silahlı qüvvələri haqqında məlumat toplamağa çağırış edilir.