Çin yeni peykini orbitə çıxardı
Dünya
Çin Jiuquan Peyk Buraxılış Mərkəzindən “Tianhui-7” adlı yeni Yer müşahidə peykini kosmosa göndərib.
News24.az xəbər verir ki, peyk yerli vaxtla saat 12:12-də “Long March-4B” raketi ilə uğurla orbitə çıxarılıb.
“Tianhui-7”nin coğrafi məlumatların xəritələşdirilməsi, torpaq ehtiyatlarının qiymətləndirilməsi, elmi sınaqlar və tədqiqatlar üçün istifadə olunacağı bildirilib.