Çin yeni silahını göstərdi: döyüş dronu nələrə qadirdir?

Çin yeni silahını göstərdi: döyüş dronu nələrə qadirdir? Dünya

Çin 100 faiz atış dəqiqliyinə malik döyüş dronunu sınaqdan keçirib.

News24.az xəbər verir ki, “South China Morning Post” nəşrinin məlumatına görə, pilotsuz uçuş aparatı təxminən 10 metr hündürlükdən və 100 metr məsafədən atəş açıb.

Dron ümumilikdə 20 tək-tək atəş həyata keçirib və güllələrin hamısı hədəfə dəyib.

Məlumata əsasən, atışların yarısı təxminən 11 santimetrlik radiusa düşüb ki, bu da “baş nahiyəsinə dəqiq zərbə” ilə müqayisə olunur.

Qeyd olunur ki, dron adi piyada tüfəngi ilə təchiz edilib və silahda heç bir xüsusi modifikasiya aparılmayıb. Mütəxəssislər yüksək dəqiqliyi qabaqcıl stabilləşdirmə sistemi, hədəfləmə alqoritmləri və atəşə nəzarət mexanizmi ilə izah edirlər.

Hazırda dron yalnız tək atəş rejimində işləyə bilir. Onun ordunun inventarına qəbul edilib-edilməyəcəyi ilə bağlı isə hələlik rəsmi məlumat yoxdur.