Çində büdcə xərcləri ARTDI
Dünya
Çində mərkəzi və yerli hökumətlərin büdcə xərcləri ilin birinci rübündə 2,6 faiz artaraq 7,47 trilyon yuana çatıb.
News24.az xəbər verir ki, Çin Maliyyə Nazirliyinin məlumatına görə, mərkəzi hökumətin xərcləri 4,9 faiz, yerli hökumətlərin xərcləri isə 2,3 faiz yüksəlib.
Bu dövrdə büdcə gəlirləri də 2,4 faiz artaraq 6,16 trilyon yuan olub. Üç ay ərzində təxminən 190 milyard dollar büdcə kəsiri yaranıb.
Ekspertlər qeyd edir ki, bu göstəricilər son illərin ən sürətli xərcləmə tempini göstərir.