Çində dəhşət: Yol qəzasında doqquz nəfər öldü

Çində dəhşət: Yol qəzasında doqquz nəfər öldü Dünya

Çinin şimal-qərbindəki Sinsyzan-Uyğur muxtar bölgəsində baş verən yol qəzalarında doqquz nəfər ölüb, daha yeddi nəfər yaralanıb.

News24.az xəbər verir ki, bu barədə "Xinhua" yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.

Məlumatına görə, qəzalar 6 dekabrda Taçen dairəsinin Usu şəhərində baş verib.

Yaralılar xəstəxanaya aparılıb.