Çinə səfər edən Tramp telefonsuz qaldı

Çinə səfər edən Tramp telefonsuz qaldı Dünya

ABŞ Prezidenti Donald Trampın Çinə səfəri zamanı şəxsi smartfondan istifadə etmədiyi bildirilir.

News24.az xəbər verir ki, Amerika liderinin sosial şəbəkələrdə etdiyi paylaşımların Vaşinqtondakı administrasiya əməkdaşları tərəfindən dərc olunduğu iddia edilir.

Məlumata görə, Prezidentə və ABŞ nümayəndə heyətinin digər üzvlərinə kiberhücum və məlumat sızması riskinə görə şəxsi rabitə vasitələrindən istifadə etməmək tapşırılıb.

Qeyd olunur ki, səfər müddətində Trampın sosial şəbəkələrdəki aktivliyi də azalıb.

Prezidenti səfərdə müşayiət edən administrasiya əməkdaşları isə birdəfəlik telefonlardan və elektron poçt ünvanlarından istifadə edirlər.

Bildirilib ki, ABŞ rəsmilərinin bütün şəxsi texniki avadanlıqları “Faradey qəfəsləri” adlanan xüsusi qoruyucu qutularda saxlanılır.

Həmin qurğular cihazları xarici elektromaqnit təsirlərindən qoruyur.

Cihazlar hökumət təyyarəsi olan “Air Force One”da saxlanılır və Trampla əməkdaşları təyyarəyə qayıtdıqdan sonra onlara yenidən çıxış əldə edə biləcəklər.

Qeyd edək ki, ABŞ lideri mayın 13-15-də Çində rəsmi səfərdədir. /New York Post/