Mafiya başçısını öldürüb 20 il gizlənmişdi, tutuldu

Mafiya başçısını öldürüb 20 il gizlənmişdi, tutuldu Dünya

Qazaxıstanda 20 il əvvəl kriminal qruplaşma lideri Saqit Şakputovu öldürməkdə şübhəli bilinən Vitta M. Türkiyədə saxlanılıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, Saqit Şakputov 2006-cı il noyabrın 28-də Qazaxıstanın Jezkazqan şəhərində avtomobilində silahlı hücuma məruz qalaraq öldürülüb.

Qətldə şübhəli bilinən və barəsində axtarış qərarları olan Vitta M.-nin İstanbula gəldiyi müəyyən edilib.

Polis əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri nəticəsində onun Bakırköy rayonunda yerləşən evlərdən birində gizləndiyi aşkarlanıb.

Həmin ünvanda keçirilən əməliyyat zamanı Vitta M. saxlanılaraq polis bölməsinə aparılıb.