Cinlərlə danışdığını dedi, saxlanıldı

Cinlərlə danışdığını dedi, saxlanıldı Dünya

Əfqanıstanın Fəzilətin Təşviqi və Pisliyin Qarşısının Alınması Nazirliyinin əməkdaşları Kabul vilayətinin sakinini mobil telefon vasitəsilə cinlərlə ünsiyyət qurduğuna görə saxlayıblar.

News24.az xəbər verir ki, qurumun məlumatına görə, Surubi rayonunun sakini proqramlardan birində çıxış edərək mobil telefon vasitəsilə cinlərlə danışaraq pis ruhların təsiri altına düşmüş insanları qoruya bildiyini iddia edib.

“Saxlanılan şəxs cinlərin onu başa düşdüyünü bildirib. Bu cür iddialar xurafat sayılır və İslam prinsiplərinə ziddir”, – deyə nazirliyin açıqlamasında bildirilib.

Eyni zamanda vurğulanıb ki, təkcə son bir həftə ərzində ölkənin müxtəlif vilayətlərində 24 nəfər cadugər kimi şübhəli bilinən şəxs saxlanılıb. (Pajhwok)