Cinsiyyət orqanını kəsib məbədə apardı: İnanılmaz hadisə

Cinsiyyət orqanını kəsib məbədə apardı: İnanılmaz hadisə Dünya

Hindistanda yerli sakin Şiva məbədinə gedərək orda cinsiyyət orqanını kəsib.

News24.az xəbər verir ki, yerli medianın məlumatına görə, kişi ailə problemləri üzündən həyat yoldaşı ilə daim mübahisə edirmiş. O, münasibətləri düzəltmək üçün bədəninin bir hissəsini qurban verməyi qərara alıb. Bu səbəbdən də məbədə gedib və orada cinsiyyət orqanını kəsib. Məbəd gələnlər onun qan içində uzandığını görüblər və təcili yardım çağırıblar.

Kişi yaxınlıqdakı tibb mərkəzinə aparılıb və daha sonra Varanasidəki xəstəxanaya köçürülüb. Həkimlər xəstənin vəziyyətini kritik kimi qiymətləndirirlər, ilkin məlumata görə, o, ruhi xəstəlikdən əziyyət çəkir.