Cənubi Koreyanın müdafiə naziri ABŞ-yə səfər edəcək
Dünya
Cənubi Koreyanın müdafiə naziri An Qyu Bek amerikalı həmkarı Pit Heqsetlə danışıqlar aparmaq üçün gələn həftə ABŞ-yə səfər edəcək.
News24.az xəbər verir ki, bu barədə Cənubi Koreya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Beşgünlük səfər çərçivəsində tərəflər müharibə dövründə operativ nəzarətin ötürülməsi (OPCON) daxil olmaqla bir sıra həll olunmamış məsələləri müzakirə edəcəklər.
Agentlik qeyd edir ki, Cənubi Koreya öz qoşunlarına hərbi komandanlığı geri qaytarmağa çalışır və ABŞ-nin dəstəyi ilə atom sualtı gəmilərinin inşasında israrlıdır. "Müstəqil" müdafiənin tərəfdarı olan prezident Li Çje Myonun hökuməti 2030-cu ildə başa çatacaq beşillik müddətin sonuna qədər OPCON hərbi komandanlığını geri qaytarmaq niyyətindədir.