Co Baydenin Fələstinə humanitar yardımla bağlı - BƏYANATI
Dünya
ABŞ prezidenti Co Bayden Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə telefon danışığı edib.
News24.az xəbər verir ki, bu barədə “Haberglobal” məlumat yayıb.
Bayden bildirib ki, Əbdülfəttah əs-Sisi Rəfah sərhəd qapısının açılmasına və Qəzzaya humanitar yardım aparacaq 20-yə yaxın yük maşınının keçməsinə icazə verib.
Co Bayden əlavə olaraq diqqətə çatdırıb ki, barışdırıcı rəftar nümayiş etdirən Sisi bu mövzuda tərifə layiqdir.
Ülkər Abdurahmanlı