COVID-dən əvvəl pandemiya müzakirəsi – ŞOK DETALLAR
Dünya
Maliyyəçi Ceffri Epşteynin işi üzrə sənədlərdə 2017-ci ilə aid, pandemiyanın modelləşdirilməsi üçün tövsiyələr və texniki həllərin hazırlanmasının müzakirə olunduğu məktub aşkarlanıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu müzakirələr COVID-19 pandemiyasının başlanmasından üç il əvvəl aparılıb.
Söhbət amerikalı milyarder Bill Qeytsə ünvanlanan və daha sonra Epşteynə yönləndirilən yazışmadan gedir.
Məktubun müəllifi Qeytsə bildirib ki, həmkarları ilə birlikdə görülməsi planlaşdırılan tapşırıqların və analitik materialların siyahısı hazırlanır.
Təklif olunan fəaliyyət istiqamətləri arasında müxtəlif ştammların pandemiyasının modelləşdirilməsi üçün tövsiyələrin və texniki spesifikasiyaların təkmilləşdirilməsinə xüsusi diqqət yetirilib.
Bu ifadə səhiyyə layihələri, tibbi məlumatların qorunması və ABŞ əhalisinin müalicəyə çəkdiyi xərclərin təhlili ilə bağlı təşəbbüslər kontekstində qeyd olunub.