Cüneyt Arkının vəsiyyəti açıqlandı - Ailədə çaxnaşma başladı

Cüneyt Arkının vəsiyyəti açıqlandı - Ailədə çaxnaşma başladı Dünya
Ötən il vəfat edən türkiyəli məşhur aktyor Cüneyt Arkının hazırladığı vəsiyyət açıqlanıb.

News24.az xəbər verir ki, 84 yaşında dünyasını dəyişən C.Arkının 14 aprel 2009-cu ildə yazdığı vəsiyyətnamə İstanbul Sülh Məhkəməsində ailəyə elan edilib.

Vəsiyyətə əsasən, İstanbulun Beşiktaş Levent bölgəsində yerləşən daşınmaz əmlakı həyat yoldaşı Betül Cüreklibatır, oğulları Murat və Kaan Polat Cüreklibatır arasında bölünüb.

Arkının Gülər Mocanla ilk evliliyindən dünyaya gələn Filiz Cüreklibatır vəsiyyətinə etiraz edib. //Haber Global

Teymur MƏMMƏDOV