Gürcüstanda uşaq bağçasında kütləvi zəhərlənmə
Dünya
Gürcüstanda yerləşən uşaq bağçalarında kütləvi zəhərlənmə olub.
News24.az xəbər verir ki, 20 uşaq bağçasından 55 uşaqda və bir tərbiyəçidə intoksikasiya əlamətləri müşahidə olunub. Onlar tibbi yardım üçün Tbilisidə yerləşən altı tibb müəssisəsinə müraciət ediblər.
Hazırda faktla bağlı araşdırma aparılır.
İstintaq Xidmətinin məlumatına görə, araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 198-ci maddəsinin ikinci hissəsi (insan həyatı və ya sağlamlığı üçün təhlükəli məhsulların hazırlanması və satış) üzrə aparılır.