Cütlüyün toy gecəsi FACİƏ yaşandı – - FOTOLAR
Dünya
Rusiyanın Sankt-Peterburq şəhərində Kseniya Vodyanitskaya və əri Kirill toy axşamı faciəvi hadisə yaşayıblar.
News24.az medianews.az-a istinadən xəbər verir ki, cütlük toydan sonra birgə yaşadıqları ünvana yollanıb.
Bu zaman Kseniya çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.
Hadisədən sonra Kirill təcili xidmətə zəng edərək kömək istəyib.
Polisdə sorğu-sual edilən Kirilin həyat yoldaşının ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirilib.
Hazırda polis hadisəni qəza kimi qiymətləndirir, lakin araşdırma davam edir.