"Dağıdılmış hər şeyi bərpa edəcəyik" – Pezeşkian
Dünya
ABŞ və İsrailin hücumlarına məruz qalan İranda əhaliyə xidmətlərdə fasilə yaranmayıb.
News24.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian "X"dəki hesabında yazıb.
"15 günlük qəddar müharibədən sonra nəqliyyat, rabitə və s. ilə bağlı problemlərə baxmayaraq, əhaliyə xidmətlərin göstərilməsində ciddi fasilələr olmadı" , - o deyib.
Prezident əlavə edib ki, İran xalqı bütün çətinliklərin öhdəsindən gələcək: "Dağıdılmış hər şeyi əvvəlkindən daha yaxşı bərpa edəcəyik".