Dağıstanda da zəlzələ oldu

Dağıstanda da zəlzələ oldu Dünya

Dağıstanda 3,6 bal gücündə zəlzələ baş verib.

News24.az xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“21 avqust 2026-cı il tarixində Dağıstan Respublikasının Tabasaran rayonunda, Marağa kəndi yaxınlığında seysmik hadisə qeydə alınıb. Zəlzələnin maqnitudası 3,6, ocağının dərinliyi isə 7 kilometr olub”, — məlumatda bildirilib.

Zəlzələ nəticəsində xəsarət alanlar və infrastruktur obyektlərinə dəyən ziyan barədə məlumat daxil olmayıb.