Tramp Fransa və İtaliyanın gələcəyi ilə bağlı açıqlama verdi

Tramp Fransa və İtaliyanın gələcəyi ilə bağlı açıqlama verdi Dünya

ABŞ Prezidenti Donald Tramp Fransada və İtaliyada davam edən etirazların bu ölkələrin gələcəyinə təsir edəcəyini bildirib.

News24.az xəbər verir ki, Tramp “Fox News”a müsahibəsində Avropadakı vəziyyəti tənqid edib və qitənin tənəzzül etdiyini iddia edib.

“Fransada, İtaliyada və digər ölkələrdə baş verənlərə baxın. Onlar bu vəziyyətdə hətta mövcudluqlarını davam etdirə bilməyəcəklər”, – deyə Tramp bildirib.

O, ABŞ-nin bu ölkələrdən fərqli olaraq inkişaf etdiyini və belə də qalmasını istədiyini vurğulayıb.