Dağıstanda dəhşətli qəza: 9 ölü, 20 yaralı

Dağıstanda dəhşətli qəza: 9 ölü, 20 yaralı Dünya
Rusiyanın Dağıstan Respublikasında reys avtobusunun qəzaya uğraması nəticəsində 9 nəfər həlak olub.

Hadisə “Qafqaz” yolunun Koxanovka kəndi ərazisində baş verib.

İlkin məlumata görə, minik avtomobili qarşı yola çıxaraq “Kamaz” markalı yük maşını ilə toqquşub, yük maşını isə Moskva-Xasavyurt marşrutu ilə hərəkət edən avtobusa çırpılıb. Zərbənin təsirindən bir neçə avtomobil yanıb.

Hazırda 9 nəfərin həlak olduğu, 20 nəfərin yaralandığı bildirilir. /Axar.az/