Dağıstanda sel fəlakəti: Yüzlərlə ev su altında qaldı

Dağıstanda sel fəlakəti: Yüzlərlə ev su altında qaldı Dünya

Dağıstanda dünən başlayan intensiv yağışlar nəticəsində böyük sel fəlakəti baş verib.

News24.az xarici KİV-lərə istinadla xəbər verir ki, Mahaçqala və Dərbənd daxil olmaqla bir çox şəhərdə çayların daşması nəticəsində yüzlərlə evi su basıb, onlarla avtomobil sel suları altında qalıb.

Məlumata görə, 100-dən çox sakin təxliyə edilib. Bir çox körpü və yollar dağılıb, Mahaçqala və Dərbənddən Moskvaya gedən qatar xətləri zərər görüb. 320 min nəfərdən çox insan elektrik enerjisindən məhrum olub.

Dağıstan hökuməti maddi zərərlərin hesablanması və əhalinin yardım alması üçün işlərə başlayıb. Bölgədə 31 mart tarixinə qədər fövqəladə vəziyyət elan olunub və təxminən 7 milyon insan bununla bağlı SMS vasitəsilə məlumatlandırılıb.

Nilufər